Orban və Magyar: Macarıstanda parlament seçkiləri keçirilir
Bu gün Macarıstanda parlament seçkiləri keçirilir. Seçki məntəqələri Budapeşt vaxtı ilə səhər saat 6-da açılıb və axşam saat 19-a qədər açıq qalacaq BBC-nin məlumatına görə, vətəndaşlar eyni anda iki sistemdən istifadə etməklə - birmandatlı dairədə namizədə (199 yerdən 106 yer) və partiyaya səs ve

Bu gün Macarıstanda parlament seçkiləri keçirilir. Seçki məntəqələri Budapeşt vaxtı ilə səhər saat 6-da açılıb və axşam saat 19-a qədər açıq qalacaq BBC-nin məlumatına görə, vətəndaşlar eyni anda iki sistemdən istifadə etməklə - birmandatlı dairədə namizədə (199 yerdən 106 yer) və partiyaya səs verirlər. Parlamentə daxil olmaq üçün siyasi qüvvələr beş faizlik baryeri keçməlidir Seçkilərdə beş partiya iştirak edir. Əsas rəqiblər Viktor Orbanın hakim Fides və Peter Magyarın yeni Tisza partiyasıdır. Səsvermə bülletenində həmçinin solçu Demokratik Koalisiya, İkiquyruqlu İtin parodiya Partiyası və sorğulara görə baryeri keçmək şansı olan ifrat sağçı Mi Hazank var Sosioloji proqnozlar fərqlidir: müstəqil araşdırmalar Tiszanın böyük qələbə qazanacağını proqnozlaşdırır, gücə yaxın mərkəzlər isə Orbanın partiyasının çoxluğu qoruyacağına əmindirlər Qanuna görə, səslərin hesablanması aprelin 18-i, şənbə günündən gec olmayaraq başa çatmalıdır


