Tenqri
Ana Səhifə
Dünya

Bakıda “Qadınlar Assambleyası: Gender-Transformativ Strategiyaların birgə yaradılması” mövzusunda açılış sessiyası başa çatıb (FOTO)

BAKI, Azərbaycan, 17 may. Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində "Qadınlar Assambleyası: Gender-Transformativ Strategiyaların birgə yaradılması" adlı sessiyanın açılışı olub Açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsin

0 baxıştrend.az
Bakıda “Qadınlar Assambleyası: Gender-Transformativ Strategiyaların birgə yaradılması” mövzusunda açılış sessiyası başa çatıb (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 17 may. Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində "Qadınlar Assambleyası: Gender-Transformativ Strategiyaların birgə yaradılması" adlı sessiyanın açılışı olub Açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın beynəlxalq əməkdaşlığa və təcrübə mübadiləsinə hər zaman dəstək verməyə hazır olduğunu bildirib Onun sözlərinə görə, uzun illərdir münaqişənin nəticələrini yaşamış ölkə kimi Azərbaycan münaqişədən sonrakı dövrdə davamlı bərpa modelini və insan mərkəzli şəhər inkişafını təşviq edir "Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini dəstəkləməyə davam etməyə hazırdır. İnanırıq ki, WUF13 çərçivəsində aparılan müzakirələr və əldə olunan nəticələr daha inklüziv, dayanıqlı və insan mərkəzli şəhərlərin inkişafına töhfə verəcək", - o qeyd edib Öz növbəsində Bəhreynin Mənzil və Şəhərsalma Naziri Amna bint Əhməd Al Rumaihi çıxışında vurğuladı ki, WUF13 təcrübə mübadiləsi və qlobal çağırışlar və onların həlli yollarını araşdırmaq üçün son dərəcə vacib platformadır Mavrikiy Respublikasının 6-cı və ilk qadın Prezidenti Ameenah Gurib-Fakim çıxışında qadınların yaşadıqları mühitlərdə rolunun gücləndirilməsinin həyati əhəmiyyətinə diqqət çəkdi. O qeyd etdi ki, qadınlar arasında sahibkarlığın təşviqinə və onların bacarıqlarının artırılmasına yönəlmiş addımların gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir BMT-nin Gürcüstandakı Qadın Nümayəndəsi və Cənubi Qafqaz üzrə Koordinatoru Kaori İşikava bəyan edib ki, qadınlar üzləşdikləri çətinliklərlə kollektiv şəkildə mübarizə aparmalıdırlar "Qadınlar getdikcə daha çox parlamentlərdə yer alırlar. Lakin reallıq budur ki, qadınlar siyasətdə və digər sahələrdə ayrı-seçkiliklə üzləşirlər. Bu, onların mənzil təminatında da özünü göstərir. Biz adekvat mənzillə təminatda ədalətin bərpasına nail olmalıyıq. Qadınlar bu sahədə qeyri-bərabər gəlir və imkanlarla üzləşirlər. Biz çalışmalıyıq ki, həm qadınların mənzil təminatına diqqət yetirək, həm də kişilərin mənzil təminatına daha çox diqqət yetirilməlidir. İqlim dəyişikliyi”, - İşikava vurğuladı

Kaynak: trend.az

Diğer Haberler