OPEC+ neft hasilatı üzrə hədəf göstəricisini dördüncü dəfə artırmağa hazırlaşır
OPEC+ ABŞ-nin İranla münaqişəsinin hələ də təşkilatın bəzi üzvlərinin hasilatı artırmasına mane olmasına baxmayaraq bazar günü son dörd ayda dördüncü dəfə neft hasilatı hədəflərini artırmaq niyyətindədir "Report"un xəbərinə görə, bu barədə "Reuters"ə təşkilatdakı üç mənbə məlumat verib Qeyd olunur

OPEC+ ABŞ-nin İranla münaqişəsinin hələ də təşkilatın bəzi üzvlərinin hasilatı artırmasına mane olmasına baxmayaraq bazar günü son dörd ayda dördüncü dəfə neft hasilatı hədəflərini artırmaq niyyətindədir "Report"un xəbərinə görə, bu barədə "Reuters"ə təşkilatdakı üç mənbə məlumat verib Qeyd olunur ki, OPEC+ üzvü olan yeddi ölkə hədəf göstəricilərini iyul ayından etibarən sutkada təxminən 188 min barel artıracaq. Bu, iyun ayında artırıldığı qədərdir, lakin BƏƏ-nin təşkilatdan çıxması nəzərə alınmaqla may və aprel aylarında gündəlik 206 min barel artımından azdır Qeyd edək ki, bu gün OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin görüşü, nazirlərin görüşü, OPEC ölkələrinin iclası və "Yeddiliy"in (Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan, Rusiya və Oman - red.) görüşü planlaşdırılır. Mənbələrin sözlərinə görə, təşkilatın siyasətində heç bir dəyişiklik gözlənilmir Fars körfəzi ölkələrinin ixracının azalması səbəbindən OPEC-də neft hasilatı azalıb. Təşkilatın məlumatına görə, aprel ayında hasilat orta hesabla 33,19 milyon b/s, fevral ayında isə 42,77 milyon təşkil edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


