OPEC+ ölkələri son görüşdə yalnız kvotaların artırılmasını müzakirə ediblər
Könüllü neft hasilatının azaldılmasında iştirak edən OPEC+ ölkələri tərəfindən əvvəllər qəbul edilmiş artıq hasilat üçün kompensasiya müddətləri dəyişməyib "Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bəyan edib "Son görüşdə ölkələr yalnız könüllü ix

Könüllü neft hasilatının azaldılmasında iştirak edən OPEC+ ölkələri tərəfindən əvvəllər qəbul edilmiş artıq hasilat üçün kompensasiya müddətləri dəyişməyib "Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bəyan edib "Son görüşdə ölkələr yalnız könüllü ixtisarlardan çıxışın bir hissəsi olaraq istehsal kvotalarının artırılmasını müzakirə etdilər. Heç kim kompensasiya şərtlərini dəyişdirmədi, cədvəllər dəyişmədi. Biz yalnız kvotaların artırılmasını müzakirə etdik ki, bu da öz növbəsində alınan kvotalar çərçivəsində əvvəlki dövrlərdə istehsal etdikləri artıq həcmləri kompensasiya etməli olan ölkələrə kompensasiyanın ödənilməsini sürətləndirməyə imkan verir", - deyə o əlavə edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


