Tenqri
Ana Səhifə
Dünya

"OPEC+" ölkələri avqust ayı üçün neft hasilatını artırıb - YENİLƏNİB

Bütün ölkələrin kvotalarına əlavə olaraq hasilatı könüllü şəkildə azaldan yeddi "OPEC+" ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman) neft hasilatı kvotalarını gündəlik 188 min barel artırmaq qərarına gəlib "Report" xəbər verir ki, bu barədə təşkilatın bugünkü icl

0 baxışreport.az
"OPEC+" ölkələri avqust ayı üçün neft hasilatını artırıb - YENİLƏNİB
Paylaş:

Bütün ölkələrin kvotalarına əlavə olaraq hasilatı könüllü şəkildə azaldan yeddi "OPEC+" ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman) neft hasilatı kvotalarını gündəlik 188 min barel artırmaq qərarına gəlib "Report" xəbər verir ki, bu barədə təşkilatın bugünkü iclasının yekunlarına dair məlumatında deyilir Beləliklə, gələn ay "OPEC+" ölkələrinin ümumi neft hasilatı kvotası 36,019 milyon b/g təşkil edəcək Yeddi "OPEC+" ölkəsi hazırda 1,65 milyon b/g məhdudiyyət həcmlərini (may ayından etibarən alyansı tərk edən BƏƏ-nin payı nəzərə alınmaqla) bazara qaytarır və yalnız bu dəyişikliklər alyansın ümumi hasilat səviyyəsinə təsir göstərir. Hazırkı artım qrafikinə əsasən, bu məhdudiyyətləri tamamilə aradan qaldırma" üçün ölkələrin sentyabr ayı üzrə kvotalarını 188 min b/g artırmalı olacaq. Mart ayından etibarən sazişdə iştirak edən OPEC ölkələri hasilatı öz kvotalarına uyğun olaraq artıra bilmirlər, çünki ABŞ və İsrailin hücumundan sonra İran bu ölkələrin dünya bazarlarına neft ixrac etdiyi Hörmüz boğazını bağlayıb. Geriləmə təxminən 8 milyon b/g təşkil edir. Lakin ABŞ və İran iyunun ortalarında sülh yolu ilə nizamlama haqqında memorandum imzaladıqdan sonra Fars körfəzi ölkələri hasilatı əhəmiyyətli dərəcədə artırırlar, lakin hələlik rəsmi məlumat yoxdur "OPEC+" ölkələrinin növbəti iclası avqustun 2-də keçiriləcək Yeddi "OPEC+" ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman) avqustda neft hasilatının iyul səviyyəsi ilə müqayisədə 188 min b/s artırılması barədə razılığa gəlib "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb Nəşrin iki həmsöhbətinin sözlərinə görə, kvotaların artırılması yekun qərarın ən çox ehtimal olunan variantıdır Həmin ölkələrin iclasının başlanması Bakı vaxtı ilə saat 14:00-a nəzərdə tutulub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler