Tenqri
Ana Səhifə
Dünya

OPEC-in 2027-ci ildə sərbəst gücünün gündəlik 2,5 milyon barel olacağı proqnozlaşdırılır

ABŞ Energetika Nazirliyi Birləşmiş Ərəb Əmirlilərinin (BƏƏ) təşkilatdan çıxmasından sonra OPEC-in 2027-ci ildəki sərbəst gücünü gündəlik 2,5 milyon barel olaraq qiymətləndirir "Report" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji Məlumat İdarəsinin (EMİ) hesabatında deyilir "BƏƏ-ni

0 baxışreport.az
OPEC-in 2027-ci ildə sərbəst gücünün gündəlik 2,5 milyon barel olacağı proqnozlaşdırılır
Paylaş:

ABŞ Energetika Nazirliyi Birləşmiş Ərəb Əmirlilərinin (BƏƏ) təşkilatdan çıxmasından sonra OPEC-in 2027-ci ildəki sərbəst gücünü gündəlik 2,5 milyon barel olaraq qiymətləndirir "Report" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji Məlumat İdarəsinin (EMİ) hesabatında deyilir "BƏƏ-nin neft hasilatı üzrə sərbəst gücləri olduğundan indi gözləyirik ki, 2027-ci ildə OPEC-in sərbəst gücləri əvvəlki 3,8 mln b/g (barel/gün) proqnozumuzla müqayisədə gündəlik orta hesabla 2,5 milyon barel təşkil edəcək", - hesabatda qeyd olunub Bununla yanaşı, idarə OPEC-in 2026-cı il üçün sərbəst güclərini gündəlik 0,5 milyon barel olaraq dəyərləndirir Xatırladaq ki, BƏƏ cari ilin 1 mayından etibarən təxminən 60 illik üzvlükdən sonra OPEC və "OPEC+" ölkələri sırasından çıxıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler