OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair artım proqnozlarını dəyişib AZƏRTAC OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 milyon barel artaraq gündəlik 106 milyon 130 min barelə çatacağı gözlənilir Qeyri-OECD ölkələrində t

OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair artım proqnozlarını dəyişib AZƏRTAC OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 milyon barel artaraq gündəlik 106 milyon 130 min barelə çatacağı gözlənilir Qeyri-OECD ölkələrində tələbat 900 min barel artaraq sutkalıq 60 milyon 120 min barel təşkil edəcək. Çin, digər Asiya ölkələri və Hindistanın bu artımda aparıcı rol oynayacağı gözlənilir. OECD ölkələrində isə tələbat 60 min barel çoxalaraq gündəlik 46 milyon 10 barel olacaq 2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 1 milyon 700 min barel artaraq sutkada 107 milyon 860 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il qeyri-OECD ölkələrində tələbat 1 milyon 500 min barel artaraq sutkalıq 61 milyon 640 min barel, OECD ölkələrində isə 210 min barel çoxalaraq gündəlik 46 milyon 220 barel təşkil edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


