Onlayn oyunlar uşaqlar üçün risk yaradır - Ombudsman
Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculu

Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” layihələrin müzakirəsi zamanı Ombudsman Səbinə Əliyeva deyib. S. Əliyeva bildirib ki, uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, effektiv nəzarət mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar uşaqların hüquqlarının pozulmasına zəmin yaradır. O bildirib ki, dövlət qurumları tərəfindən uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi zəruridir “Bu məsələdə valideynlərin rolu danılmazdır. Valideynlərin uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşması, uşaqlarla açıq və etibarlı ünsiyyət qurması və onların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədə maarifləndirilməsi, valideyn nəzarəti mexanizmlərinin tətbiq edilməsi olduqca vacibdir”. Səbinə Əliyeva bildirib ki, Ombudsman tərəfindən uşaqların sosial şəbəkə və rəqəmsal platformalardan istifadəsinə məhdudiyyətlərin tətbiqi ilə bağlı qanunvericilik dəyişiklikləri təklif olunub və bu məsələ illik məruzədə də əksini tapıb. Onun sözlərinə görə, Prezidentin uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı sərəncamı bu sahədə mühüm addımdır, hazırda müzakirə olunan qanun layihəsi isə nəzarət mexanizmlərinin gücləndirilməsinə, platformaların fəaliyyətinin tənzimlənməsinə və uşaqların hüquqlarının müdafiəsinə xidmət edir. O qeyd edib ki, Ombudsman Aparatı qanun layihəsi ilə bağlı təkliflərini hazırlayaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edib
Diğer Haberler

Yüksək hərarət, başgicəllənmə və huşunu itirmə... Mütəxəssislərdən bir-birinin ardınca yaranan isti və xəbərdarlıqlar gəldi

Cümhuriyyət yazarı Terkoğlu: İstanbul Böyükşəhər Bələdiyyəsinin iddianaməsində etibarsızlığın məhkəmə qərarından 6 ay əvvəl baş verdiyi etiraf edilir! | T24
