Okan Burukun zəng vurduğu ulduzdan xəbər var
Qalatasarayda yeni mövsümdə transfer çalışmaları davam edərkən gündəmə flaş bir ad gəldi. Sarı-qırmızılıların "Fənərbağça"nın sabiq hücumçusu Vedat Muriqi üçün hərəkətə keçdiyi iddia edilib "Sözcü"nin məlumatına görə, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Malyorka"da çıxış edən Vedat Muriqi ilə

Qalatasarayda yeni mövsümdə transfer çalışmaları davam edərkən gündəmə flaş bir ad gəldi. Sarı-qırmızılıların "Fənərbağça"nın sabiq hücumçusu Vedat Muriqi üçün hərəkətə keçdiyi iddia edilib "Sözcü"nin məlumatına görə, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Malyorka"da çıxış edən Vedat Muriqi ilə telefon danışığı aparıb. Təcrübəli çalışdırıcının kosovalı hücumçunu heyətində görmək istədiyi bildirilib Xəbərdə Vedat Muriqinin yenidən Türkiyədə oynamaq arzusunda olduğu bildirilib. 32 yaşlı ulduz futbolçunun Superliqaya qayıtmaq fikrinə müsbət yanaşdığı bildirilirdi Okan Buruk və Vedat Muriqi daha əvvəl "Çaykur Rizəspor"da birlikdə çalışıblar. Kosovalı hücumçu Burukun rəhbərliyi altında "Rizəspor"da çıxışı ilə diqqət çəkib Vedat Muriqi "Fənərbaxça" ilə mövsümündə böyük bir irəliləyiş yaşadı. Təcrübəli mərkəz hücumçusu sarı-göylü forma ilə 36 matçda 17 qol vurub, 7 məhsuldar ötürmə edib "Qalatasaray" rəhbərliyinin yaxın günlərdə transfer üçün rəsmi təşəbbüslərə başlayacağı gözlənilir. Muriqinin Türkiyəyə qayıtma ehtimalı artıq böyük həyəcan yaradıb Mauro İkardinin gələcəyi ilə bağlı qeyri-müəyyənliyin “Qalatasaray”ın Vedat Muriqiyə keçməsində də təsirli olduğu bildirilir. Sarı-qırmızılılar yeni mövsümə qədər hücum xəttini gücləndirmək istəyir


