Okan Buruk İkardini sildi: Göndər onu
Mauro İkardinin "Qalatasaray"da gələcəyi ilə bağlı qeyri-müəyyənlik olsa da, iddia gündəmə bomba kimi düşüb. Baş məşqçi Okan Burukun argentinalı ulduzla bağlı rəhbərliyə təqdim etdiyi hesabatın təfərrüatları məlum olub "Qalatasaray" rəhbərliyinin müqaviləsi başa çatan Mauro İkardi üçün hərəkətə ke

Mauro İkardinin "Qalatasaray"da gələcəyi ilə bağlı qeyri-müəyyənlik olsa da, iddia gündəmə bomba kimi düşüb. Baş məşqçi Okan Burukun argentinalı ulduzla bağlı rəhbərliyə təqdim etdiyi hesabatın təfərrüatları məlum olub "Qalatasaray" rəhbərliyinin müqaviləsi başa çatan Mauro İkardi üçün hərəkətə keçdiyi öyrənilib. Argentinalı ulduzun meneceri Pino-nun İstanbula dəvət edildiyi və tərəflər arasında kritik görüşlərin keçiriləcəyi bildirilib Sarı-qırmızılı rəhbərliyin İkardidən maaşını təxminən yüzdə 50 azaltmasını istəyəcəyi iddia edilirdi. Ulduz futbolçunun komandada qalacağı təqdirdə oynayacağı müddətlə bağlı zəmanət tələb etdiyi iddia edilib “Takvim” xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Okan Burukun Mauro İkardi ilə bağlı prezident Dursun Özbekə təqdim etdiyi hesabat ortaya çıxıb. Xəbərdə Burukun hesabatında "İkardi ilə oynadığımız zaman xal ortalamamız və oyun gücümüz azaldı. Onun göndərilməsini istəyirəm" dediyi bildirilib Prezident Dursun Özbekin İkardi ilə bağlı dəqiq bir qərar verməsini gözlədiyi öyrənilib. Bildirilib ki, “Qalatasaray” azarkeşləri argentinalı ulduzu çox sevdiyi üçün rəhbərliyin mümkün ayrılıq qərarına reaksiya verəcəyindən narahatdır Ulduz futbolçunun gələcəyinə "Qalatasaray"da Mauro İkardi ilə görüşdən sonra aydınlıq gələcəyi gözlənilir. Proses sarı-qırmızılı ictimaiyyətdə böyük maraqla izlənilir


