Okan Buruk Fənərbaxçanın köhnə ulduzunu çağırdı! Qalatasaraya gəl
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Qalatasaray"da sürpriz ad gündəmə gəlib. Sarı-qırmızılıların "Fənərbağça"nın sabiq hücumçusu Vedat Muriqi üçün hərəkətə keçdiyi iddia edilib "Sözcü"nin məlumatına görə, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Malyorka"da çıxış edən Vedat Muri

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Qalatasaray"da sürpriz ad gündəmə gəlib. Sarı-qırmızılıların "Fənərbağça"nın sabiq hücumçusu Vedat Muriqi üçün hərəkətə keçdiyi iddia edilib "Sözcü"nin məlumatına görə, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Malyorka"da çıxış edən Vedat Muriqi ilə telefon danışığı aparıb. Təcrübəli çalışdırıcının yeni mövsümdə kosovalı hücumçunu heyətində görmək istədiyi bildirilir Okan Buruk və Vedat Muriqi daha əvvəl "Çaykur Rizəspor"da birlikdə çalışıblar. Kosovalı hücumçu Burukun rəhbərliyi altında "Rizəspor"da çıxışı ilə diqqət çəkib Xəbərdə Vedat Muriqinin yenidən Türkiyədə oynamaq fikrinə müsbət yanaşdığı bildirilib. Yaxın günlərdə tərəflər arasında rəsmi addımların atıla biləcəyi bildirilib Vedat Muriqi "Fənərbaxça" forması ilə keçirdiyi mövsümdə böyük bir irəliləyiş yaşadı. Kosovalı hücumçu sarı-göy rəngli forma ilə 36 matçda 17 qol vurub, 7 məhsuldar ötürmə edib "Qalatasaray"ın Mauro İkardi ilə müqavilə danışıqlarını davam etdirərkən alternativ adlar üzərində çalışdığı öyrənilib. Vedat Muriqinin transferinin sarı-qırmızılı azarkeşlərdə böyük həyəcan yaratdığı bildirilir


