Tenqri
Ana Səhifə
Dünya

Ohayo ştatında baş verən atışmada yaralananların sayı 12-yə çatıb - YENİLƏNİB

İyunun 6-da ABŞ-nin Ohayo ştatının Tolido şəhərində baş verən atışma zamanı azı 12 nəfər yaralanıb "Report" ABŞ mediasına istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin rəis müavini Cozef Heffernan bildirib "Ən azı 12 nəfər güllə yarası alıb, onlardan ikisinin vəziyyəti kritikdir", - o

0 baxışreport.az
Ohayo ştatında baş verən atışmada yaralananların sayı 12-yə çatıb - YENİLƏNİB
Paylaş:

İyunun 6-da ABŞ-nin Ohayo ştatının Tolido şəhərində baş verən atışma zamanı azı 12 nəfər yaralanıb "Report" ABŞ mediasına istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin rəis müavini Cozef Heffernan bildirib "Ən azı 12 nəfər güllə yarası alıb, onlardan ikisinin vəziyyəti kritikdir", - o, mətbuat konfransı zamanı bildirib Heffernanın sözlərinə görə, atışmanı iki nəfər həyata keçirib, onlar, bir-birilərinə atəş açıblar. Hüquq-mühafizə orqanları şübhəlilərin axtarışını davam etdirir Ohayo ştatının Tolido şəhərində "Old West End" festivalı yaxınlığında baş verən atışma nəticəsində azı səkkiz nəfər yaralanıb "Report" "CBS" telekanalının yerli bölməsinə istinadən xəbər verir ki, bu barədə mer Ueyd Kapşukeviç məlumat verib Hadisə iyunun 6-sı axşam saatlarında baş verib. Atışma ilə bağlı məlumatlardan sonra hadisə yerinə çoxlu sayda polis əməkdaşı və tibb işçisi cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb, həyatları üçün heç bir təhlükə yoxdur Şahidlər ardıcıl açılan atəşlərdən sonra festival iştirakçıları arasında yaranan panika barədə danışıblar. Sosial şəbəkələrdə yayımlanan videolarda çoxsaylı atəş səsləri eşidilir, bundan sonra isə insanlar tədbir ərazisindən qaçışmağa başlayırlar Polis şübhəli şəxs və ya şəxslərin axtarışını aparır. Səlahiyyətlilər sakinləri istintaq hərəkətləri başa çatana qədər hadisə bölgəsindən uzaq durmağa çağırıb "Old West End" festivalı Tolidonun tarixi rayonunda keçirilən illik festivaldır. Tədbirin proqramına konsertlər, qastronomiya, yarmarkalar və ekskursiyalar daxildir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler