Bibiheybət yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Bakının Səbail rayonu Bibiheybət yolunun sürüşmə təhlükəsi yaranmış hissəsində vəziyyət nəzarətə götürülüb, vəziyyətin sabitləşdirilməsi və yolun təhlükəsiz istismarının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir “Report”un məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət

Bakının Səbail rayonu Bibiheybət yolunun sürüşmə təhlükəsi yaranmış hissəsində vəziyyət nəzarətə götürülüb, vəziyyətin sabitləşdirilməsi və yolun təhlükəsiz istismarının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir “Report”un məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib Qeyd olunur ki, aramsız yağan yağışlar nəticəsində yolun bu hissəsində sürüşmə təhlükəsi yaranıb Mövcud vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb Sürücülərdən “20-ci hissə” adlanan ərazidən hərəkət edərək alternativ olaraq köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur Hazırda ərazi nəzarətə götürülüb, aidiyyəti strukturlarla birlikdə vəziyyətin sabitləşdirilməsi və yolun təhlükəsiz istismarının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir


