Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycanda rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO)
BAKI, Azərbaycan, 27 aprel. Aprelin 27-də Qəbələ şəhərində Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş

BAKI, Azərbaycan, 27 aprel. Aprelin 27-də Qəbələ şəhərində Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verdi Çexiyanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib Fəxri qarovul dəstəsi hərbi marşın müşayiəti ilə Prezident İlham Əliyevin və Baş nazir Andrey Babişin qarşısından keçdi Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub İki lider rəsmi foto çəkdiriblər

