Uorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub - foto
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Uorvik Universitetində (Böyük Britaniya) olub Universitet rəhbərliyi ilə görüşdə təhsilin fənlərarası modeli, tədqiqatlar sahəsində qlobal əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Uorvik Universitetində (Böyük Britaniya) olub Universitet rəhbərliyi ilə görüşdə təhsilin fənlərarası modeli, tədqiqatlar sahəsində qlobal əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali və transmilli təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib Nümayəndə heyəti universitetin elm, mühəndislik və tibb fakültələrinin, eləcə də Qlobal Davamlı İnkişaf İnstitutunun nümayəndələri ilə görüşüb. Görüşlərdə təmiz enerjiyə keçid kimi qlobal problemlərin həllinə yönəlmiş təhsil və tədqiqat sahələri təqdim olunub Nümayəndə heyəti universitetin Beynəlxalq İstehsalat Mərkəzində və elmi-tədqiqat laboratoriyalarında da olub Səfər zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Uorvik Universitetinin birgə həyata keçirdiyi Bərpa Olunan Enerji sahəsində ikiqat magistratura proqramı haqqında da məlumat verilib. Qeyd olunub ki, proqram strateji sahələr üzrə bacarıqların inkişaf etdirilməsi və institusional potensialın gücləndirilməsi üzrə ümumi məqsədləri əks etdirir Səfər zamanı həmçinin Uorvik Universitetində dövlət proqramı üzrə təhsil alan tələbələrlə görüş keçirilib, onların akademik fəaliyyətləri və gələcək planları barədə fikir mübadiləsi aparılıb, həmçinin onları maraqlandıran suallar cavablandırılıb


