Tenqri
Ana Səhifə
İqtisadiyyat

Amerikanın süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqi müzakirə olunub

Azərbaycanın rəqəmsal infrastrukturunun müasirləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün Amerika süni intellekt texnologiyalarının daha geniş tətbiqi üçün yol müəyyən edilib Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Birinci Azərbaycan-Amerika İqtisadi Dialoqu çərçiv

0 baxışday.az
Amerikanın süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqi müzakirə olunub
Paylaş:

Azərbaycanın rəqəmsal infrastrukturunun müasirləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün Amerika süni intellekt texnologiyalarının daha geniş tətbiqi üçün yol müəyyən edilib Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Birinci Azərbaycan-Amerika İqtisadi Dialoqu çərçivəsində jurnalistlərə brifinqdə ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr deyib “Süni intellektin misli görünməmiş rifahı təmin etmək potensialını nəzərə alaraq, biz Azərbaycanın rəqəmsal infrastrukturunu modernləşdirmək və təhlükəsizliyini təmin etmək üçün Amerika süni intellekt texnologiyalarının daha geniş şəkildə mənimsənilməsi üçün yol cızmışıq” Orr həmçinin qeyd edib ki, tərəflər enerji sektorunda əməkdaşlığı müzakirə ediblər, ötən gün imzalanmış kritik minerallar üzrə çərçivə sazişinin həyata keçirilməsi yollarını müzakirə ediblər "Mən bugünkü dialoq zamanı qeyd olunan və müzakirə edilən layihələrin və planların, eləcə də ikitərəfli iqtisadi əlaqələrimizin daha da gücləndirilməsi və prioritetləşdirilməsi üçün yeni imkanların reallaşmasını gözləyirəm", - Orr deyib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler