ABŞ ilə süni intellekt sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Azərbaycan və ABŞ arasında əməkdaşlıq süni intellekt texnologiyalarının transferini genişləndirə bilər Day.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub Bildirilib ki, bu ilin birinci rübündə Azərbaycan ilə ABŞ arasında ticarət

Azərbaycan və ABŞ arasında əməkdaşlıq süni intellekt texnologiyalarının transferini genişləndirə bilər Day.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub Bildirilib ki, bu ilin birinci rübündə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 296 milyon dollara çatıb. Azərbaycan və ABŞ arasında əməkdaşlığın genişləndirilməsi ölkədə süni intellektin və rəqəmsal texnologiyaların inkişafı üçün yeni imkanlar yaradır İmzalanan müqavilələr və süni intellekt üzrə işçi qrupun fəaliyyəti Azərbaycana bu sahədə ABŞ-dan daha çox texnologiya və innovasiyaların transferinə şərait yarada bilər. Həmçinin vurğulanıb ki, qlobal rəqəmsal iqtisadiyyat son bir ildə 16 trilyon dollardan 24 trilyon dollara yüksəlib, ABŞ bu bazarın 25%-i ilə liderlik edir Müzakirələr zamanı mövcud əməkdaşlığın Azərbaycanın regional süni intellekt mərkəzinə çevrilməsi üçün əlavə imkanlar yarada biləcəyi vurğulanıb Diqqətə çatdırılıb ki, Davos Forumunun ölkədə fəaliyyət göstərən IV Sənaye İnqilabı Regional Mərkəzi, o cümlədən süni intellekt və rəqəmsallaşmanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olması bu sahənin inkişafına mühüm töhfə verir. Qeyd olunub ki, rəqəmsal transformasiyanın sürətləndirilməsi iqtisadiyyatın şaxələndirilməsinə və yeni innovasiya ekosisteminin formalaşmasına töhfə verəcək Hazırda Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun payı qeyri-neft ÜDM-in 2,8%-ni təşkil edir. Bu, rəqəmsal iqtisadiyyatın həcminin təxminən 3,3 milyard manat olduğunu göstərir. Yeni əməkdaşlıq mexanizmlərinin bu göstəricinin daha da artmasına şərait yaradacağı vurğulanıb Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


