Azərbaycan Fövqəladə Hallar Nazirliyinin vətəndaşlara müraciəti
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) bir sıra rayonlarda gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib Fövqəladə Hallar Nazirliyinin müraciətinə əsasən, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yaxın günlərdə Azərbaycanın bəzi rayonları

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) bir sıra rayonlarda gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib Fövqəladə Hallar Nazirliyinin müraciətinə əsasən, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yaxın günlərdə Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, dağ çaylarında qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı, arabir güclənəcəyi gözlənilir Fövqəladə Hallar Nazirliyi əsas təhlükəsizlik qaydalarını bir daha xatırladır. Güclü küləklərdə elektrik xətlərinin və hündür ağacların altında deyil, yüngül konstruksiyalardan, müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən uzaq olmaq tövsiyə olunur. Nəzərə alsaq ki, güclü külək yanğınların söndürülməsini çətinləşdirə bilər, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir. Bundan əlavə, kiçik gəmilərin sahiblərinə belə havalarda dənizə çıxmağın qadağan edilməsi xatırladılıb Mümkün sel və daşqınlardan qorunmaq üçün təhlükəli ərazilərdən qaçmaq, təhlükə yaranarsa dərhal hündür yerə qalxmaq tövsiyə olunur. Həmçinin, ildırımdan qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmalı, telefonlardan (stasionar və mobil telefonlardan) istifadə etməməli, elektrik xətlərinə, ildırım çubuqlarına və antenalara yaxın olmamalı, hündür ağacların altına sığınmamalı, avtomobildə olarkən dayanmalı, şüşələri bağlamalı və tufanın sovuşmasını gözləməlisiniz


.webp&w=2048&q=70)