Tenqri
Ana Səhifə
Dünya

O sevən qəlbində dərd qalaqlandı

Bu gün tanış edəcəm anamla gəlinini Deyir, bir gətir görüm halını, təhərini Yəqin xoşum gələcək balamın seçimindən Bunu mənə demədi, oxudum gözlərindən O gözlərin kədəri hara itmişdi görən Anam aşiqmi olub gəlinini görmədən? Birdən qəlbinə yatmaz, onda necə olacaq Bu qara şübhə məni əldən sal

0 baxış525.az
O sevən qəlbində dərd qalaqlandı
Paylaş:

Bu gün tanış edəcəm anamla gəlinini Deyir, bir gətir görüm halını, təhərini Yəqin xoşum gələcək balamın seçimindən Bunu mənə demədi, oxudum gözlərindən O gözlərin kədəri hara itmişdi görən Anam aşiqmi olub gəlinini görmədən? Birdən qəlbinə yatmaz, onda necə olacaq Bu qara şübhə məni əldən salıb yoracaq Azı yüz yol deyibdi, təki balam evlənsin Mənim də ocağımdan nəvə səsləri gəlsin Hələ görməmiş sevir gəlinin boy-buxunun Heç soraq da eləmir uzağın, ya yaxının Atasının oğludur, kimi seçdiyin bilər Dərd anamı qocaldıb, indi qəddi düzələr Oğul belə düşünür, ana ümidlənibdi Sanasan, kasıb evə göydən nur ələnibdi Yuxu ərşə çəkilib, səhər açılmaq bilmir Bu gədə nə bərk yatıb, görüşə gecikirmi? Ana qəlbi narahat, oyatmağa da qıymır Anama elə gəlir, bir kimsə onu duymur Bir yol göstər, İlahi Şeytan azdırıb nədir Hər gün artır günahı Gözün də qan tutubdur Üz qalmayıb bəndəndə Cəllad, ya qatil olub De, yoxmu bir çarəsi? Dünya yəqin ki səndən Mərmilər yağan gündən Qəhr oldu duz-çörəyin Sənin bəxtin də gülər Qızılgüllər dirçələr Bircə baxışın da ömrə bəs idi Yağdı taleyinə mərmilər, gözəl Şirin nəğmələrin xoş təsəlliydi Beşikdəcə susdu ninnilər, gözəl O sevən qəlbində dərd qalaqlandı Köksünə amansız xəncər saplandı Torpağın, daşın da od tutub yandı Nə qara yazıldı, bu günlər, gözəl Gül dərdiyin çöllərə De, bəxtmi üz döndərdi Neçə min əllər göydə Nəğməndən qopan pərdə Ay Allahım, yenə özün kömək ol Mürvət elə mən bu ildən qurtarım Aman vermə, bəd niyyətə, bəd sözə Paxıl qəlbdən, yaman dildən qurtarım Sən böyüksən, hər ürəyi bilirsən Ərşi, fərşi nələr varsa, görürsən Yaratdığın bəndəni ki sevirsən Lütf göstər, fənd-feldən qurtarım Dəyərsizdir dünya malı gözümdə Doğru dedim, bütöv oldum sözümdə Dağdan ağır yük olsa da dizimdə Dözər, bircə fitnə-şərdən qurtarım Son axtarma, əvvəldəydi sonun da Xeyir olmaz hər cür yolun sonunda Ağrısı var, acısı var sonun da Saman göndər, mən bu seldən qurtarım Günəşli günlərdə kölgəsini əsirgəməyən ağac Bərəkətini gizlətməyən torpaq kimi ol Çöl-çəmənə həyat verən yağış ürkək qəlbə ümid dolu baxış ol Bir çiçək inadına torpağı, daşı dələn su Qayanın bozluğuna rəng qatan çiçək Bir ömrü nurlandıran sevgi dolu ürək ol Sərib xəzəl donun bağa-bağçaya Harasa yamanca tələsir payız Nəmli gözlərilə baxıb dünyaya Yaşıl yamaclara nur səpir payız

Kaynak: 525.az

Diğer Haberler