Tenqri
Ana Səhifə
Dünya

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürur və məsuliyyətdir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin məzunu Nəzrin Atakişiyeva deyib Azad Kəlbəcərin ilk məzunu olan Nəzrin sinfin yeganə şagirdi olsa da, özünü heç vaxt tək

0 baxışazertag.az
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
Paylaş:

Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürur və məsuliyyətdir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin məzunu Nəzrin Atakişiyeva deyib Azad Kəlbəcərin ilk məzunu olan Nəzrin sinfin yeganə şagirdi olsa da, özünü heç vaxt tək hiss etmədiyini, hər zaman müəllimlərin və məktəb kollektivinin böyük sevgisi ilə əhatə olunduğunu bildirib. O, bu gün həm də Kəlbəcərin dirçəlişini və gələcəyinə olan inamı təmsil etdiyini vurğulayıb “Mən çox şanslıyam ki, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam. Məktəbdə keçirdiyim bu bir il mənə doğma yurdumda oxumağın dəyərini və Vətən sevgisinin əsl mənasını yaşatdı”, – deyə Nəzrin bildirib Qeyd edək ki, sabah azad Kəlbəcərdə ilk dəfə "Son zəng" tədbiri keçiriləcək. Nəzrin Atakişiyeva Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin ilk və tək məzunudur 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler