Tenqri
Ana Səhifə
Dünya

NYT: İsrail Trampın xüsusi elçisi Uitkoffun telefon danışıqlarını dinləyib

İsrail ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun, eləcə də Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Elbric Kolbinin telefon danışıqlarını ələ keçirib "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yazıb Nəşrin məlumatına görə, son

0 baxışreport.az
NYT: İsrail Trampın xüsusi elçisi Uitkoffun telefon danışıqlarını dinləyib
Paylaş:

İsrail ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun, eləcə də Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Elbric Kolbinin telefon danışıqlarını ələ keçirib "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yazıb Nəşrin məlumatına görə, son həftələrdə İsraildən gələn əks-kəşfiyyat təhlükəsinin dərəcəsi yüksək səviyyədən kritik səviyyəyə qaldırılıb. İsrail tərəfinin Amerikanın İranla danışıqlarını dinlədiyini ehtimal etmək üçün əsaslar var Nəşr vurğulayıb ki, hər iki ölkənin rəhbərliyi uzun müddət ərzində qarşılıqlı casusluqdan xəbərdar olub və buna dözümlə yanaşıb. Lakin bir sıra Amerika rəsmilərinin qiymətləndirməsinə görə, Tehranla danışıqlar zamanı İsrailin Vaşinqtonun mövqeyi haqqında məlumat əldə etmək üçün fəallaşan cəhdləri yolverilməz həddə çatıb Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin İsrailin Birləşmiş Ştatlara qarşı casusluq təhlükəsini ən yüksək - kritik səviyyəyə qaldırdığı barədə məlumatlar daxil olmuşdu. Yeddi səhifəlik sənəddə İsrailin "kritik səviyyə"də həm agentura, həm də texniki kəşfiyyat aparmaq imkanlarına malik olduğu göstərilirdi. Öz növbəsində, İsrail səfirliyinin rəsmi nümayəndəsi dövlətinin Amerikanın vəzifəli şəxslərinə qarşı kəşfiyyat fəaliyyəti aparmadığını vurğulayaraq bu məlumatı "tamamilə yalan" adlandırıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler

NYT: İsrail Trampın xüsusi elçisi Uitkoffun telefon danışıqlarını dinləyib | Tenqri