Tenqri
Ana Səhifə
Dünya

NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır

İran tərəfi öz raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır, üstəlik, onların 90 %-i normal rejimdə fəaliyyətini davam etdirir "Report" xəbər verir ki, bu barədə kəşfiyyat məlumatlarına istinadən "The New York Times" (NYT) qəzeti yazıb Məlumata görə, Tehran Hörmüz boğazının s

0 baxışreport.az
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
Paylaş:

İran tərəfi öz raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır, üstəlik, onların 90 %-i normal rejimdə fəaliyyətini davam etdirir "Report" xəbər verir ki, bu barədə kəşfiyyat məlumatlarına istinadən "The New York Times" (NYT) qəzeti yazıb Məlumata görə, Tehran Hörmüz boğazının sahili boyunca yerləşən 33 raket mövqeyindən 30-u üzərində operativ nəzarəti bərpa edib ki, bu da bu strateji əhəmiyyətli dəniz dəhlizindən keçən Amerika hərbi gəmiləri və neft tankerləri üçün potensial təhlükə yaradır Kəşfiyyat qiymətləndirmələrinə istinad edən nəşr bildirib ki, İran əvvəlki kimi ölkə ərazisindəki mobil raket komplekslərinin təxminən 70 %-nə sahibdir və müharibədən əvvəlki raket silahı ehtiyatlarının təqribən 70 %-ni qoruyub saxlayıb NYT yazıb ki, təqdim olunan məlumatlar İran Silahlı Qüvvələrinin darmadağın edildiyini və artıq heç bir təhlükə kəsb etmədiyini iddia edən ABŞ Prezidenti Donald Trampın və Pentaqon rəhbəri Pit Heqsetin açıq şəkildə verdiyi təminatları şübhə altına alır Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler