Tenqri
Ana Səhifə
Dünya

Növbəti “Kənddən Şəhərə” yarmarkasında 120-yə yaxın məhsul satışa çıxarılacaq

Mayın 9-10-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib Bildirilib ki, yarmarkanın məqsədi yerli fermerlər

0 baxışazertag.az
Növbəti “Kənddən Şəhərə” yarmarkasında 120-yə yaxın məhsul satışa çıxarılacaq
Paylaş:

Mayın 9-10-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib Bildirilib ki, yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir Tədbirdə 20-yə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Onlar 120-yə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan vətəndaşlar ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları analiz etdirə bilərlər Yarmarka 2 gün müddətində saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək Qeyd edək ki, yarmarkaya qoşulan fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler