Nurullah Bakır: Türkiyədə aktiv rəqəmsal bankçılıq istifadəçilərinin sayı 129 milyonu ötüb
Türkiyədə aktiv rəqəmsal bankçılıq istifadəçilərinin sayı son illərdə əhəmiyyətli dərəcədə artaraq 129 milyonu keçib "APA-Economics" xəbər verir ki, bu barədə Türkiyə Banklar Assosiasiyasının baş katibi Nurullah Bakır Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı b

Türkiyədə aktiv rəqəmsal bankçılıq istifadəçilərinin sayı son illərdə əhəmiyyətli dərəcədə artaraq 129 milyonu keçib "APA-Economics" xəbər verir ki, bu barədə Türkiyə Banklar Assosiasiyasının baş katibi Nurullah Bakır Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı bildirib Onun sözlərinə görə, 2019-cu ildə ölkədə aktiv rəqəmsal bankçılıq istifadəçilərinin sayı təxminən 51 milyon nəfər olub. Hazırda isə bu göstərici 129 milyondan çoxdur: "Eyni dövrdə mobil bankçılıqdan istifadə də 200% artıb. Bu rəqəmlər göstərir ki, rəqəmsal transformasiya artıq gələcəyə dair hədəf deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib", – deyə o vurğulayıb


