Nuri Quliyev Rusiyadan Azərbaycana ixrac olunan əsas məhsulları açıqlayıb
Rusiyanın Azərbaycana ərzaq və kənd təsərrüfatı məhsulları tədarükünün həcmi orta hesabla ildə təqribən 800 milyon dollar təşkil edir "Report" xəbər verir ki, bu barədə "Rusiya İxrac Mərkəzi" SC-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Nuri Quliyev "Made in Russia" ziyafətinin açılışında çıxış e

Rusiyanın Azərbaycana ərzaq və kənd təsərrüfatı məhsulları tədarükünün həcmi orta hesabla ildə təqribən 800 milyon dollar təşkil edir "Report" xəbər verir ki, bu barədə "Rusiya İxrac Mərkəzi" SC-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Nuri Quliyev "Made in Russia" ziyafətinin açılışında çıxış edərkən bildirib Onun sözlərinə görə, məhz aqrar-sənaye kompleksi və qida sənayesi məhsulları Rusiyanın Azərbaycana ixracının əsas hərəkətverici qüvvəsi olaraq qalır "Statistika çox dəqiq elmdir və o göstərir ki, Rusiyanın Azərbaycana ixracının lokomotivi, şübhəsiz ki, kənd təsərrüfatı və qida məhsullarıdır. Orta hesabla hər il Rusiya ixracının təqribən 800 milyon dolları Azərbaycan Respublikasının payına düşür", - o qeyd edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


