Azərbaycana qarşı qərəzli yanaşma tərəfdarlarına qrant verənlərin sayı azalır - Rəsmi
BAKI, Azərbaycan, 19 may. Azərbaycana qərəzli münasibət bəsləyənlərə qrant verənlərin sayı azalıb. Trend -in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13-ün kuluarlarında jurnalist
BAKI, Azərbaycan, 19 may. Azərbaycana qərəzli münasibət bəsləyənlərə qrant verənlərin sayı azalıb. Trend -in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13-ün kuluarlarında jurnalistlərə deyib Onun sözlərinə görə, xüsusilə ölkədə baş verən qlobal hadisələr zamanı Azərbaycana qarşı hər zaman qərəzli yanaşmalar olub O qeyd edib ki, son vaxtlar biz bu qərəzli yanaşmalarda müəyyən azalma müşahidə edirik "Çünki həm ölkə daxilində, həm də xaricdə sinxron fəaliyyət göstərən bu qrupların maliyyə imkanları azalıb. Onlara qrant ayıranların sayı əvvəlki kimi deyil Biz yaxşı bilirik ki, qrant adı altında hansı məqsədlərə xidmət edir, inkar etməyə çalışsalar da. Kampaniyalar davam edir, lakin onların miqyası əvvəlki qədər geniş deyil Bu kontekstdə ABŞ-ın əvvəlki administrasiyası dövründə fəaliyyət göstərən və yardım təşkilatı kimi təqdim edilən USAID kimi təşkilatları qeyd edə bilərik. Mahiyyətcə müxtəlif fəaliyyətlə məşğul olan bu strukturların Azərbaycanda da müəyyən qurumlarla əlaqələri olub” Hacıyev bildirib ki, son 5 ildə Avropa Parlamenti Azərbaycanla bağlı ondan artıq müxtəlif qətnamələr qəbul edib, lakin həmin qətnamələri qəbul edən insanların özlərinin hansı problemlərlə üzləşdiyini görmək mümkündür “Belə hallar olub və olacaq, lakin Azərbaycan onlara xüsusi önəm vermir Azərbaycanın öz müstəqil siyasəti var. Bu gün ölkəmizin beynəlxalq aləmdən qazandığı hörmət və nüfuz göz qabağındadır. Azərbaycan artıq dünyanın mühüm diplomatik mərkəzlərindən biri kimi fəaliyyət göstərir və burada belə qlobal tədbirlər keçirilir “Hər şeyi aydın görmək üçün bu auditoriyalara və burada aparılan müzakirələrin mahiyyətinə baxmaq kifayətdir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə liderlik mövqeyini qoruyub saxlayır və bu liderlik güclənir. Ölkəmizin əməkdaşlıq və tərəfdaşlıq coğrafiyası da genişlənir”, - deyə o vurğulayıb Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir


