Tenqri
Ana Səhifə
İqtisadiyyat

Türkiyədə rəqəmsal bank müştərilərinin sayı 129 milyonu ötüb

BAKI, Azərbaycan, 9 iyun. Türkiyədə rəqəmsal bank müştərilərinin sayı 129 milyonu ötüb. Trend-in müxbiri xəbər verir ki, bu barədə Türkiyə Banklar Birliyinin baş katibi Nurullah Bakır Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib Onun sözlərinə görə, rəqəmsallaşmanın inkişaf

0 baxıştrend.az
Türkiyədə rəqəmsal bank müştərilərinin sayı 129 milyonu ötüb
Paylaş:

BAKI, Azərbaycan, 9 iyun. Türkiyədə rəqəmsal bank müştərilərinin sayı 129 milyonu ötüb. Trend-in müxbiri xəbər verir ki, bu barədə Türkiyə Banklar Birliyinin baş katibi Nurullah Bakır Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib Onun sözlərinə görə, rəqəmsallaşmanın inkişafı maliyyə sektorunu əsaslı şəkildə dəyişir, rəqəmsal kanalları bank xidmətlərinin göstərilməsində əsas vasitəyə çevirir O bildirib ki, rəqəmsal bankçılıq alternativ kanal olmaqdan çıxıb və əsas müştəri xidməti modelinə çevrilib “Türkiyədə 2019-cu ildə 51 milyondan çox rəqəmsal bankçılıqdan istifadə edənlərin sayı bu gün 100%-dən çox artaraq 129 milyonu keçib Bu müddət ərzində mobil bankçılıqdan istifadə təxminən 200% artıb və elektron ödəniş sistemləri sabit artım nümayiş etdirir. Türkiyədə elektron ödəniş əməliyyatlarının həcmi ölkənin ÜDM-nin təxminən 20 mislinə bərabər səviyyəyə çatıb” Bakır qeyd edib ki, rəqəmsal transformasiya kredit riskinin qiymətləndirilməsindən tutmuş fırıldaqçılığın aşkarlanması və müştəri xidmətlərinin idarə edilməsinə qədər bank işində məlumatların və süni intellektin artan rolu ilə müşayiət olunur Bundan başqa, o qeyd edib ki, maliyyə sektoru inkişaf etdikcə dayanıqlı inkişaf və iqlim risklərinin idarə edilməsi getdikcə daha çox əhəmiyyət kəsb edir və yaşıl maliyyə alətləri bank sisteminin mühüm hissəsinə çevrilir

Kaynak: trend.az

Diğer Haberler