Azov dənizində gəmilərdə həlak olan və yaralanan azərbaycanlıların sayı aydınlaşıb
BAKI, Azərbaycan, 6 iyun. İyunun 5-də Azov dənizində pilotsuz təyyarələrin endirilməsi nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində həlak olan və yaralanan Azərbaycan vətəndaşlarının sayı və şəxsiyyəti dəqiqləşdirilib, Trend -in Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə

BAKI, Azərbaycan, 6 iyun. İyunun 5-də Azov dənizində pilotsuz təyyarələrin endirilməsi nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində həlak olan və yaralanan Azərbaycan vətəndaşlarının sayı və şəxsiyyəti dəqiqləşdirilib, Trend -in Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə Yenilənmiş məlumata görə, 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmçinin müəyyən edilib ki, ilkin olaraq öldüyü elan edilən digər şəxs Azərbaycan vətəndaşı deyil və Azərbaycan əsilli deyil — Rusiya vətəndaşıdır Ölən Azərbaycan vətəndaşları, 1976-cı il təvəllüdlü Rəcəb Əhədov və 1997-ci il təvəllüdlü Məhəmməd Əliyevin meyitlərinin çıxarıldığı bildirilir. Meyitlərin Azərbaycana qaytarılması istiqamətində işlər davam etdirilir "Qeyd edək ki, daha əvvəl öldüyü elan edilən daha iki Azərbaycan vətəndaşının da olduğu "Zirkon" gəmisi partlayış təhlükəsi səbəbindən hadisə yerində qalıb. Rusiya xilasediciləri gəminin limana çəkilməsi üçün təhlükəsizlik tədbirləri görür. Hər iki vətəndaşın taleyi ilə bağlı dəqiq məlumat yalnız axtarış-xilasetmə əməliyyatları başa çatdıqdan sonra verilə bilər Yeysk şəhər xəstəxanasına yerləşdirilən xəsarət alanlar, 1998-ci il təvəllüdlü Samid İbadzadə və Rəşad Mədətxanov artıq evə buraxılıblar. 2002-ci il təvəllüdlü Emin Valehov və 1999-cu il təvəllüdlü Namiq Cəfərlinin də vəziyyəti yaxşıdır və müalicələri başa çatdıqdan sonra evə buraxılacaqlar Rusiyadakı səfirliyimizin nümayəndələri hadisə yerindədir və vətəndaşlarımıza lazımi dəstəyin göstərilməsi üçün tədbirlər görülür. Bütün vətəndaşlarımız Yeyskdə mehmanxanada yerləşdirilib və ailələri ilə əlaqə saxlayırlar. Vətənə qayıtmaq niyyətində olan və sənədləri itirilən vətəndaşlara müvafiq qayıdış şəhadətnaməsi verilib Bir daha həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - nazirlikdən bildirilib


