Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
Yaponiyanın Torişima adasında nəsli kəsildiyi düşünülən qısaquyruq albatrosların sayı 10 mini ötüb AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yamaşina Ornitologiya İnstitutu məlumat yayıb. Bildirilib ki, aparılan son araşdırmalar nəticəsində adada 11 min 6

Yaponiyanın Torişima adasında nəsli kəsildiyi düşünülən qısaquyruq albatrosların sayı 10 mini ötüb AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yamaşina Ornitologiya İnstitutu məlumat yayıb. Bildirilib ki, aparılan son araşdırmalar nəticəsində adada 11 min 67 albatros və onların 1591 balası qeydə alınıb. Bu göstərici əvvəlki illə müqayisədə 12 faiz artım deməkdir Qeyd edək ki, XX əsrin ortalarında nəsli kəsilmiş hesab edilən bu quş növü sonradan Torişima adasında yenidən aşkarlanıb və hazırda qoruma tədbirləri davam etdirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


