Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib Bu barədə AZƏRTAc-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, tədbir zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın sax

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib Bu barədə AZƏRTAc-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Bildirilib ki, tədbir zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıblar. Onlardan 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb Araşdırma zamanı saxlanılanların narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


