Tenqri
Ana Səhifə
Siyasət

Böyük Britaniyanın yeni səfiri etimadnaməsinin surətlərini Ceyhun Bayramova təqdim edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dunkan Normanı qəbul edib Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Görüşdə səfir Norman etimadnaməsinin surətlərini nazir Ceyh

0 baxışday.az
Böyük Britaniyanın yeni səfiri etimadnaməsinin surətlərini Ceyhun Bayramova təqdim edib - FOTO
Paylaş:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dunkan Normanı qəbul edib Bu barədə Day.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib Görüşdə səfir Norman etimadnaməsinin surətlərini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib və ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb Tərəflər Azərbaycan ilə Böyük Britaniya arasında siyasi, iqtisadi, enerji, ticarət, investisiya, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd ediblər. Bununla yanaşı, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasının, qarşılıqlı əlaqələrin yüksək səviyyədə və iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb Nazir Ceyhun Bayramov regiondakı mövcud vəziyyət, münaqişədən sonrakı dövrdə formalaşmış reallıqlar, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi və ölkəmizin atdığı addımlar barədə ətraflı məlumat verib Səfir Dunkan Norman Azərbaycanda fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler