Bakının Gəncə prospektində yeni çökmə - foto
Bakının Xətai rayonu, Gəncə prospektində çökmə baş verib. Rayon sakinlərinin haqqin.az-a verdiyi məlumata görə, Gəncə prospektindən Ukrayna meydanına gedən yolda yaşayış binaları ilə parkın arasında istinad divarı uçub Onlar ərazinin sürüşməyə meyilli olduğunu deyirlər və bu onları narahat edir

Bakının Xətai rayonu, Gəncə prospektində çökmə baş verib. Rayon sakinlərinin haqqin.az-a verdiyi məlumata görə, Gəncə prospektindən Ukrayna meydanına gedən yolda yaşayış binaları ilə parkın arasında istinad divarı uçub Onlar ərazinin sürüşməyə meyilli olduğunu deyirlər və bu onları narahat edir Bir neçə ay əvvəl indiki çökmə yerindən bir qədər aralıda 9 saylı uşaq poliklinikasının həyətində də uçqun baş verib.Sürüşmə nəticəsində poliklinikanın həyətində yerləşən avtomobili torpaq basıb. Daha sonra ehtimal edilirdi ki, sürüşmə ərazidəki yaşıllıqların həddindən artıq suvarılması nəticəsində baş verə bilər Sakinlər onu da qeyd edirlər ki, güclü yağışlardan sonra pilləkənlərdə və hasarlarda çatlar əmələ gəlib. Onların sözlərinə görə, ərazinin sürüşməyə həssas olmasına baxmayaraq, fəal şəkildə inkişaf etdirilir: burada restoranlar, kafelər, mağazalar, çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilir Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən haqqin.az-a verilən məlumata görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə Azərbaycan ərazisində yaz aylarında yağan güclü yağışlar nəticəsində zədələnmiş tikililərə, o cümlədən istinad divarlarına vizual-texniki baxış keçirib, müvafiq aktlar tərtib edib. Məlumata görə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında sıldırım yamacda çökmə qeydə alınıb. Yamacın dayanıqlığını təmin etmək üçün istinad divarının tikintisinə qərar verildi "Prezidentin müvafiq sərəncamına uyğun olaraq, istinad divarının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb. Sənədləşmə işləri başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq", - məlumatda deyilir Xətai Rayon İcra Hakimiyyəti isə müraciətə cavab verməyib


