Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda qolfun inkişafında yeni mərhələ: rəhbər seçkiləri və məktəblərdə inkişaf - FOTO

Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Qolf Federasiyasının (AQF) növbəti ümumi yığıncağı keçirilib. Tədbir Dövlət Himninin ifası ilə açılıb. Gənclər və idman naziri Fərid Qaibov tədbir iştirakçılarını salamlayaraq Federasiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb İclas çərçivəsində AQ

0 baxışhaqqin.az
Azərbaycanda qolfun inkişafında yeni mərhələ: rəhbər seçkiləri və məktəblərdə inkişaf - FOTO
Paylaş:

Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Qolf Federasiyasının (AQF) növbəti ümumi yığıncağı keçirilib. Tədbir Dövlət Himninin ifası ilə açılıb. Gənclər və idman naziri Fərid Qaibov tədbir iştirakçılarını salamlayaraq Federasiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb İclas çərçivəsində AQF rəhbərliyinə seçkilər keçirilib. Nəticədə Rauf Xəlilov yenidən prezident seçilib. Qeyd edək ki, o, həm də “Sabah” futbol klubunun Müşahidə Şurasının üzvüdür Anar Əzimov və Zakir İbrahimov vitse-prezident vəzifəsinə seçiliblər. RİH-in tərkibinə Zaur İbrahimov, Kamran Qasımov və Kamal İbrahimov daxil idi. Təftiş Komissiyasına Afaq Zeynalova (sədr), Nigar İbrahimova və Səmayə Rəsulzadə seçilib Rauf Xəlilov göstərilən etimada görə təşəkkürünü bildirib və Azərbaycanda qolfun populyarlaşdırılması və beynəlxalq arenada tanıdılması istiqamətində Federasiyanın genişmiqyaslı planlarının olduğunu vurğulayıb Bu strategiya çərçivəsində son aylar təhsil müəssisələrində qolfun inkişafına xüsusi diqqət yetirilir. Prosesdə özəl təhsil müəssisələri ilə yanaşı, dövlət məktəbləri də fəal iştirak edir. Belə ki, Avropa Azərbaycan Məktəbində (EAS), 172 nömrəli tam orta məktəbdə və Buckswood məktəbində AQF ilə sıx əməkdaşlıq çərçivəsində “Qolfun təşviqi” layihəsi həyata keçirilir Dərslər SNAG (Starting New At Golf) metodologiyasından istifadə etməklə milli komandanın məşqçiləri tərəfindən keçirilir. Bu proqram uşaqlarda koordinasiya, konsentrasiya və nizam-intizamın inkişafına kömək edir, həmçinin qolf oyununu dövlət məktəb səviyyəsində əlçatan edir Əməkdar artist, “Qolf” kitabının müəllifi Bəhram Bağırzadənin layihəyə dəstək verməsi məktəblilərdə əlavə maraq doğurur. Federasiyanın bu təşəbbüs çərçivəsində əsas məqsədi gələcək çempionları üzə çıxarmaq, istedadlı uşaqları peşəkar hazırlığa cəlb etmək və daha da milli komandaya cəlb etməkdir Xüsusilə qeyd etmək lazımdır ki, son dörd il ərzində Azərbaycanın gənc qolfçuları beynəlxalq arenada fəal çıxış edirlər. Onlar nüfuzlu turnirlərdə, o cümlədən ABŞ Açıq turnirində iştirak ediblər və burada medallar qazana biliblər ki, bu da milli qolf məktəbinin artan hazırlıq səviyyəsini və rəqabət qabiliyyətini göstərir Azərbaycan Qolf Federasiyasının Avropa Qolf Assosiasiyasına (EGA) üzv olması, eləcə də həm özəl, həm də dövlət məktəblərində 4-16 yaş arası uşaqlar üçün Junior Golf proqramlarının tətbiqi gənc istedadların beynəlxalq arenaya çıxması üçün geniş imkanlar açır Bu sistemli yanaşma ölkədə sağlam həyat tərzinin populyarlaşmasına kömək etməklə yanaşı, həm də peşəkar qolfçuların yeni nəslinin formalaşmasına yönəlib

Kaynak: haqqin.az

Diğer Haberler