İrana qarşı yeni sanksiyalar
ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Birləşmiş Ştatlar “məhdudlaşdırıcı tədbirlərdən yayınaraq İran vəsaitlərinin hərəkətini asanlaşdıran” 17 şəxs və 18 şirkətə qarşı sanksiya tətbiq edib Sənəddə qeyd olunur ki, məhdudiyyətlərə məruz qalan fiziki və hüquqi şəxslər İran hərbi rəhbərliyi

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Birləşmiş Ştatlar “məhdudlaşdırıcı tədbirlərdən yayınaraq İran vəsaitlərinin hərəkətini asanlaşdıran” 17 şəxs və 18 şirkətə qarşı sanksiya tətbiq edib Sənəddə qeyd olunur ki, məhdudiyyətlərə məruz qalan fiziki və hüquqi şəxslər İran hərbi rəhbərliyinə “neftin qeyri-qanuni satışından, raketlər və digər silahlar üçün həssas komponentlərin əldə edilməsindən vəsait almaq üçün beynəlxalq maliyyə sisteminə çıxış” verir ABŞ Maliyyə Nazirliyinə daxil olan Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında yerləşdirilən məlumatlardan belə çıxır ki, 16 İran və bir Filippin vətəndaşına qarşı sanksiyalar tətbiq edilib. Sanksiya siyahısına İran, Honq-Konq və Böyük Britaniyada yerləşən şirkətlər daxildir. Məhdudiyyətlər İranla əlaqəli Çin müəssisələrinə də aiddir Sanksiya siyahısına daxil edilməsi ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir


