Almatıda yeni avtobus marşrutları fəaliyyətə başlayıb
İyunun 6-dan Almatıda iki yeni - 134 və 140 nömrəli avtobus marşrutları fəaliyyətə başlayacaq Onlara NomadBus özəl daşıyıcısı xidmət göstərəcək. Marşrutlarda 23 ədəd 12 metrlik “Yutong” elektrik avtobusu hərəkət edəcək. Hər birinin tutumu 90 nəfərdir Uzunluğu 39,7 km olan 134 nömrəli marşrut Alma

İyunun 6-dan Almatıda iki yeni - 134 və 140 nömrəli avtobus marşrutları fəaliyyətə başlayacaq Onlara NomadBus özəl daşıyıcısı xidmət göstərəcək. Marşrutlarda 23 ədəd 12 metrlik “Yutong” elektrik avtobusu hərəkət edəcək. Hər birinin tutumu 90 nəfərdir Uzunluğu 39,7 km olan 134 nömrəli marşrut Almatı-1 qatar stansiyası ilə avtovağzalı birləşdirəcək. Avtobuslar 5.50-dən 23.00-a kimi işləyəcək 140 saylı marşrut xətti “Rəyimbək Batır” metrosunu “Qornı Gigant” mikrorayonu ilə birləşdirəcək. Uzunluğu - 18,4 km. İş saatları - 5.55-dən 23.00-a qədər Yeni marşrutların istifadəyə verilməsi daşıyıcının özəl investisiyaları hesabına həyata keçirilib. Elektrikli avtobusların maliyyələşdirilməsini və alınmasını “NomadBus” MMC öz üzərinə götürüb Informburo.kz saytından əlaqəli mövzularda xəbərlər və materiallar


