Novxanıda tullantılar tinglərə dəyişdiriləcək
Aprelin 10-u saat 14:00-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya Abşeron rayonunun Novxanı qəsəbəsind

Aprelin 10-u saat 14:00-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən “Araz” supermarketin qarşısında təşkil ediləcək Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka və banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər Vətəndaşlar həmin aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


