Şuşada yeni yağış və tullantı sularının təmizlənməsi sistemi
Şuşa şəhərində yağış və tullantı sularının yığılması və təmizlənməsi üçün nəzərdə tutulmuş infrastruktur layihəsində tikinti işləri davam etdirilir Day.Az xəbər verir ki, bunu Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyinin

Şuşa şəhərində yağış və tullantı sularının yığılması və təmizlənməsi üçün nəzərdə tutulmuş infrastruktur layihəsində tikinti işləri davam etdirilir Day.Az xəbər verir ki, bunu Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyinin (ADSEA) Xankəndi şəhərinə və Ağdərə rayonuna təşkil etdiyi mediatur çərçivəsində jurnalistlərə müsahibəsində deyib Onun sözlərinə görə, layihə Şuşa şəhərində yağış və tullantı sularının mərkəzləşdirilmiş qaydada toplanması və təmizlənməsini təmin edəcək "Yağış suları diametri 1200 millimetr olan borular vasitəsilə toplanaraq çirkab sutəmizləyici qurğuya veriləcək. Eyni zamanda məişət və tullantı suları diametri 600 millimetr olan borularla toplanaraq çirkab sutəmizləyici qurğuya daşınacaq Çirkab sular normativ tələblərə uyğun olaraq xüsusi təmizləyici qurğularda təmizlənəcək. Daha sonra təmizlənmiş su Qarqarçay çayına axıdılacaq və sonrakı mərhələdə suvarma məqsədləri üçün istifadə oluna biləcək” Sədr müavininin sözlərinə görə, hazırda ərazidə tikinti-quraşdırma işləri intensiv şəkildə davam etdirilir və layihənin yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır “Layihənin əsas məqsədi Şuşa şəhərində yağış və tullantı sularının yığılması və təmizlənməsi, ətraf mühitin mühafizəsi və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsidir” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


