Norveçdən Dünya Çempionatında iz qoyacaq bir yazı
2026-cı il dünya çempionatında mübarizə aparacaq Norveç milli komandası turnir öncəsi xüsusi fotosessiya ilə gündəmə gəlib Vikinq mədəniyyətindən ilhamlanan konseptdə norveçli futbolçular qalxan, qılınc və Vikinq gəmiləri ilə kamera qarşısına keçiblər. Fiyord mənzərəsi ilə müşayiət olunan çəkiliş

2026-cı il dünya çempionatında mübarizə aparacaq Norveç milli komandası turnir öncəsi xüsusi fotosessiya ilə gündəmə gəlib Vikinq mədəniyyətindən ilhamlanan konseptdə norveçli futbolçular qalxan, qılınc və Vikinq gəmiləri ilə kamera qarşısına keçiblər. Fiyord mənzərəsi ilə müşayiət olunan çəkiliş pərəstişkarların böyük marağına səbəb olub Komandanın ulduz adı Erlinq Haaland üçün xüsusi çərçivə hazırlanıb. Vikinq döyüşçüsü geyimində poza verən "Mançester Siti"nin hücumçusu əlindəki qılınc və qalxanla diqqət çəkib Norveç Futbol Federasiyasının paylaşdığı fotoşəkillərdə Haalandın komandanın aparıcı siması kimi vurğulanması futbolsevərlərin diqqətindən yayınmayıb Uzun illərdən sonra dünya çempionatı mərhələsinə qayıdan Norveçdə başda Erlinq Haaland və Martin Odegaard olmaqla bütün gözlər ulduz futbolçularda olacaq Vikinq temalı post, turnirdən əvvəl Norveçin iddiasını və milli birlik mesajını əks etdirən xüsusi əsərlərdən biri kimi şərh edilib


