Tenqri
Ana Səhifə
İqtisadiyyat

Şimal-Cənub dəhlizinin gücü 15 milyon tona çatdırılacaq — Baş nazirin müavini

BAKI, Azərbaycan, 15 may. Şimal-Cənub dəhlizinin gücü 15 milyon tona çatacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev "Rusiya — İslam Dünyası: KazanForum-2026" Beynəlxalq İqtisadi Forumunda deyib O vurğulamışdır ki, Azərbaycan mövcud geosiyasi gərginliyə

0 baxıştrend.az
Şimal-Cənub dəhlizinin gücü 15 milyon tona çatdırılacaq — Baş nazirin müavini
Paylaş:

BAKI, Azərbaycan, 15 may. Şimal-Cənub dəhlizinin gücü 15 milyon tona çatacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev "Rusiya — İslam Dünyası: KazanForum-2026" Beynəlxalq İqtisadi Forumunda deyib O vurğulamışdır ki, Azərbaycan mövcud geosiyasi gərginliyə baxmayaraq etibarlı şəkildə fəaliyyətini davam etdirən və rəqabət qabiliyyətini sübut edən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (INSTC) infrastrukturunu fəal şəkildə modernləşdirir Mustafayevin sözlərinə görə, hazırda Rusiya ilə əldə olunmuş razılaşmalara uyğun olaraq infrastrukturun genişləndirilməsi layihələri həyata keçirilir. Bu layihələrin 2028-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur, hədəfi illik gücü ilk növbədə 5 milyon tona, nəticədə isə 15 milyon tona çatdırmaqdır "Azərbaycan-İran sərhədində Astara terminalı və Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi xüsusi əhəmiyyət kəsb edir, çünki onlar Fars körfəzinə birbaşa çıxışı təmin etməklə dəhlizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq", - o qeyd edib

Kaynak: trend.az

Diğer Haberler