Tenqri
Ana Səhifə
Dünya

Ənənəvi əkindən süni intellektə: Aqrar sektorda yeni Dövlət Proqramı nə vəd edir? – ŞƏRH

Bu gün yeni texnologiyalar ictimai həyatımızın bütün sahələrinə sirayət edərək inkişaf etməkdədir. Dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da “ağıllı” şəhər və kəndlər salınır, alternativ və bərpaolunan enerji mənbələrinin aşkar edilməsi və enerji istehsalı istiqamətində əhatəli layihələr həya

0 baxışazertag.az
Ənənəvi əkindən süni intellektə: Aqrar sektorda yeni Dövlət Proqramı nə vəd edir? – ŞƏRH
Paylaş:

Bu gün yeni texnologiyalar ictimai həyatımızın bütün sahələrinə sirayət edərək inkişaf etməkdədir. Dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da “ağıllı” şəhər və kəndlər salınır, alternativ və bərpaolunan enerji mənbələrinin aşkar edilməsi və enerji istehsalı istiqamətində əhatəli layihələr həyata keçirilir. Kənd təsərrüfatı iqtisadiyyatın ən vacib sahəsi olduğu üçün onun inkişafını da yeni texnologiyaların tətbiqi olmadan təsəvvür etmək çətindir. Bunun əsas məqsədi məhsuldarlığı artırmaq, region əhalisinin məşğulluğunu təmin etmək və nəticə etibarilə dövlətin ərzaq təhlükəsizliyini qorumağa nail olmaqdan ibarətdir Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Sadiq Qurbanov deyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan “Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramı” gələcək üçün strateji xarakter daşıyan əhəmiyyətli sənəddir: “Bu proqramda nəzərdə tutulan işlərin yerinə yetirilməsi ərzaq təhlükəsizliyinin təminatı ilə yanaşı, bütövlükdə ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirəcək. Dövlət Proqramına əsasən, ilk növbədə, innovasiyaların tətbiqini genişləndirmək daha səmərəli olar. Ənənəvi kənd təsərrüfatı texnologiyası su ehtiyatlarının israfına, pestisidlərin həddindən artıq istifadəsinə və digər problemlərə səbəb olur, təkcə yüksək qiymətə, aşağı səmərəliliyə, məhsulun keyfiyyətinə effektiv şəkildə zəmanət verilmir, həm də torpaq və ətraf mühitin çirklənməsinə səbəb olur. Lakin süni intellekt texnologiyasının dəstəyi ilə fermerlər dəqiq əkin və suvarmaya, yüksək səmərəliliyə, əkilən məhsulların yüksək keyfiyyətinə və məhsuldarlığına nail ola biləcəklər. Proqrama əsasən, Azərbaycanda kənd təsərrüfatına 5 milyard manatdan çox investisiya cəlb olunacaq. Proqramın reallaşdırılması məqsədilə dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektorun hesabına isə təqribən 3 milyard manatdan çox maliyyə vəsaiti sərf olunacaq. Proqramın müvəffəqiyyətlə icra olunması üçün mərkəzi və yerli icra hakimiyyəti qurumlarının əlaqəli fəaliyyəti ilə bərabər, özəl sektorun investisiya və idarəetmə potensialından da səmərəli şəkildə istifadə olunacaq. Qarşıdakı dörd il yarım müddətində proqramda əks olunan tədbirlərin təcili surətdə icrasına başlanılacaq ki, bu da gələcəkdə iqlim dəyişmələri və digər texnogen hadisələri qabaqlayaraq risklərin aradan qaldırılmasını təmin edəcək” O bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün potensial mövcuddur: Bu potensialın üzərinə dövlət dəstəyini də əlavə etsək, Dövlət Proqramının uğurla icra olunacağını proqnozlaşdıra bilərik. Dövlət kənd təsərrüfatında istifadə edilən yüksək texnologiyaların bahalığını nəzərə alaraq, onların fermerlər üçün əlçatan olması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Fermerlərə suçiləyici avadanlıqlar təqdim olunur. Suvarmada damcı üsulu tətbiq olunur ki, bu da yüksək məhsul götürməyə imkan verməklə yanaşı, torpağa ziyan vurmur, məhsuldarlığının qorunmasını təmin edir, mineralların yuyulmasının qarşısını alır” Deputat əlavə edib ki, hazırda dünyada torpaqdan bol məhsul götürmək üçün idarəetmənin təkmilləşdirilməsi əsas götürülür: “Bu sahədə bütün informasiyaların elektron qaydada toplanması yeri gələndə lazımi tədbirlərin görülməsinə imkan yaradır. Buna görə də kənd təsərrüfatının rəqəmsallaşdırılmasından bütün inkişaf etmiş ölkələrdə geniş istifadə olunur. İdarəetmənin, xidmətlərin və istehsal proseslərinin rəqəmsallaşdırılması nəinki işin səmərəsini və məhsuldarlığın artmasını, eləcə əvvəllər mövcud olan sui-istifadə hallarını da aradan qaldırır. Bütün bunlarla yanaşı, Dövlət Proqramı yerli məhsul istehsalını, istehlakçının tələbatının ödənilməsini də nəzərdə tutub. Həmçinin yerli məhsulların ixracının artırılması və ölkəyə valyuta axınının təmin edilməsi də bu proqramda nəzərdə tutulub ki, bu da qeyri-neft sektorunun inkişafına və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına zəmin yaradır” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler