Məşhur musiqiçi helikopter qəzasında dünyasını dəyişib
Hadisə bazar günü Braziliyanın Rio-de-Janeyro səmasında baş verib. Bölgədə uçan iki helikopter havada toqquşub. Toqquşma nəticəsində hər iki helikopterdə olan ümumilikdə 6 nəfər həlak olub Həyatını itirənlər arasında Amerikalı alternativ pop musiqiçisi və internet fenomeni Oliver Tree də var idi

Hadisə bazar günü Braziliyanın Rio-de-Janeyro səmasında baş verib. Bölgədə uçan iki helikopter havada toqquşub. Toqquşma nəticəsində hər iki helikopterdə olan ümumilikdə 6 nəfər həlak olub Həyatını itirənlər arasında Amerikalı alternativ pop musiqiçisi və internet fenomeni Oliver Tree də var idi. Bildirilib ki, qəzaya uğrayan helikopterlərdən birinin 32 yaşlı pilotu qəza zamanı dünya turunda olub Toqquşmadan sonra helikopterlərdən biri idarəetmədən çıxaraq avtosalonun dayanacağına çırpılıb. Qəzanın təsirindən dayanacaqda olan 20-yə yaxın avtomobil qısa müddətdə alovlanaraq yanmağa başlayıb. Braziliya mətbuatında dərc olunan görüntülərdə helikopterlərdən birinin səmadan sürətlə düşməsi və qəza yerindən nəhəng alovların və sıx tüstü qatının qalxdığı anlar qeydə alınıb. Rio-de-Janeyro Dövlət Hərbi Yanğından Mühafizə Briqadası yerli vaxtla səhər saat 09:00 radələrində qəza yerinə göndərilib. Səlahiyyətlilər iki helikopterin toqquşmasının səbəbini müəyyən etmək üçün genişmiqyaslı araşdırmaya başlanıldığını bildirib Associated Press (AP) agentliyinin verdiyi məlumata görə, helikopterlərdən birində məşhur argentinalı məzmun prodüseri, “Gaspi” kimi tanınan Gaspar Prim Diazın olduğu ehtimal edilir. Qəzada iştirak edən ilk helikopterin sərnişin və ekipaj siyahısına Oliver Tree, Lucas Brito Chaves, Lucas Vignale və pilot Aleksandr Souza daxildir. Qəzaya uğrayan ikinci təyyarənin ekipaj siyahısında yalnız pilot Çarlz Marsillakın adının qeyd edildiyi açıqlanıb Dəhşətli qəza ilə bağlı araşdırmalar davam edir


