Tenqri
Ana Səhifə
Dünya

Nine Senses Fest 2026-da ilk dəfə uşaq klubu açılacaq

Üçüncü Beynəlxalq Nine Senses Fest 2026 festivalı çərçivəsində ilk dəfə gənc iştirakçılar üçün xüsusi proqrama malik uşaq klubu təşkil ediləcək "Report"un məlumatına görə, bunu Nine Senses Art Center-in direktoru Natalya Jukova qarşıdakı festivala həsr olunmuş mətbuat konfransında bəyan edib Onun

0 baxışreport.az
Nine Senses Fest 2026-da ilk dəfə uşaq klubu açılacaq
Paylaş:

Üçüncü Beynəlxalq Nine Senses Fest 2026 festivalı çərçivəsində ilk dəfə gənc iştirakçılar üçün xüsusi proqrama malik uşaq klubu təşkil ediləcək "Report"un məlumatına görə, bunu Nine Senses Art Center-in direktoru Natalya Jukova qarşıdakı festivala həsr olunmuş mətbuat konfransında bəyan edib Onun sözlərinə görə, üçüncü festivalın əsas yeniliklərindən biri uşaqlar üçün təcrübəli mütəxəssislərin rəhbərliyi altında yaradıcı və inkişafetdirici məşğələləri əhatə edən xüsusi proqram olacaq "Bizim üçün festivalın bütün ailə üçün bir məkan olması vacibdir. Buna görə də bu il biz təcrübəli mütəxəssislərin rəhbərliyi altında yaradıcı məşğələlərin və inkişafetdirici fəaliyyətlərin təşkil ediləcəyi uşaq klubunu açırıq", - Jukova qeyd edib O, həmçinin bildirib ki, festivalın ilk günü – iyunun 12-də tədbirlər Bakıda altı məkanda təşkil ediləcək. Festivalın əsas hadisələri 13 və 14 iyun tarixlərinə planlaşdırılıb və Sea Breeze-də (Nine Senses Sea Breeze və Sea Breeze Event Hall) keçiriləcək Jukova bildirib ki, festivalın mərkəzi meydançalarından biri ənənəvi olaraq yerli brendlərin və istehsalçıların yarmarkasının təşkil ediləcəyi Sea Breeze Event Hall olacaq. Ziyarətçilər Azərbaycan rəssamlarının və sənətkarlarının məhsulları ilə tanış ola, mədəni və mənəvi praktikalarda iştirak edə biləcəklər O, həmçinin əlavə edib ki, festivalda müxtəlif ölkələrdən dəvət olunmuş sənətkarlar və ekspertlər iştirak edəcəklər. Onların arasında neyroqrafikanın yaradıcısı Pavel Piskaryov də var Bundan başqa, iyunun 11-də Nine Senses Fest çərçivəsində şəxsi inkişaf və yaradıcı transformasiya mövzusuna həsr olunmuş "İnkişaf xətti" adlı sərginin açılışı baş tutacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler