Nine Senses Fest 2026-da ilk dəfə sağlam həyat tərzi üzrə tibbi panel keçiriləcək
Üçüncü Beynəlxalq Nine Senses Fest 2026 festivalı (12-14 iyun) çərçivəsində xəstəliklərin profilaktikası və sağlamlığın qorunması məsələlərinə həsr olunmuş xüsusi tibbi panel təşkil ediləcək "Report" xəbər verir ki, bu barədə Nine Senses Art Center-in direktoru Natalya Jukova bugün keçirilən mətbua

Üçüncü Beynəlxalq Nine Senses Fest 2026 festivalı (12-14 iyun) çərçivəsində xəstəliklərin profilaktikası və sağlamlığın qorunması məsələlərinə həsr olunmuş xüsusi tibbi panel təşkil ediləcək "Report" xəbər verir ki, bu barədə Nine Senses Art Center-in direktoru Natalya Jukova bugün keçirilən mətbuat konfransında bəyan edib Onun sözlərinə görə, yeni istiqamət ənənəvi təbabət və xəstəliklərin müalicəsi ilə bağlı olmayacaq, sağlamlaşdırma, profilaktika və öz sağlamlığına şüurlu münasibət məsələlərini əhatə edəcək "Biz tibbi paneli xəstəliklər haqqında deyil, sağlamlıq haqqında danışmaq üçün yaradırıq. Onun əsas vəzifəsi insanların həyat keyfiyyətini qorumağa kömək edən alətləri nümayiş etdirməkdir", - o qeyd edib Sözügedən istiqamətin spikerlərdən biri 20 ildən çoxdur dəri və orqanizmin təbii yolla bərpa üsullarını öyrənən ekspert Anna Balamay olacaq Onun sözlərinə görə, festival çərçivəsində həm müasir elmi məlumatlar, həm də bu gün effektivliyi elmi təsdiqini tapan ənənəvi praktikalar təqdim ediləcək O, hər kəsin öz sağlamlığı üçün şəxsən məsuliyyət daşımasının vacibliyini vurğulayıb və bir çox profilaktik alətlərin hər bir insan üçün əlçatan olduğunu və gündəlik həyatda istifadə edilə biləcəyini qeyd edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


