“Nüvə razılaşması yoxdur...”: İran Hizbullaha söz verdi
İran Hizbullah hərəkatına ABŞ ilə danışıqların növbəti mərhələsində İsrail qoşunlarının Livandan çıxarılmasına nail olacağına söz verib. İran rəsmiləri əmin ediblər ki, bu, yekun nüvə sazişinin imzalanması üçün şərt olacaq. Bu barədə Reuters agentliyinə Hizbullahın mətbuat xidmətindən məlumat verili

İran Hizbullah hərəkatına ABŞ ilə danışıqların növbəti mərhələsində İsrail qoşunlarının Livandan çıxarılmasına nail olacağına söz verib. İran rəsmiləri əmin ediblər ki, bu, yekun nüvə sazişinin imzalanması üçün şərt olacaq. Bu barədə Reuters agentliyinə Hizbullahın mətbuat xidmətindən məlumat verilib “İsraillilər Livanı tərk etmədikcə, İran və ABŞ arasında heç bir nüvə razılaşması olmayacaq” – Hizbullah Associated Press amerikalı rəsmiyə istinadən yazır ki, İran və ABŞ arasında əldə olunan sülh razılaşması İsrail qoşunlarının Livandan çıxarılmasını nəzərdə tutmur Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu “lazım olduğu qədər” Livanın cənubunda qalacaq”, - “The Times of Israel” yazır İyunun 15-nə keçən gecə ABŞ və İran sülh sazişi imzalayıblar. Rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə baş tutacaq. Bundan sonra tərəflər münaqişənin nəhayət həlli üçün 60 günlük danışıqlara başlayacaqlar. İsrailin müdafiə naziri İsrael Katz İran və ABŞ arasında sülh razılaşmalarına baxmayaraq qoşunların Livandan çıxarılmasını istisna edib


