Nika Alavidze: Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri mühüm əhəmiyyət kəsb edir
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə dövlət səfəri çox mühüm əhəmiyyət kəsb edir. Gürcüstanın qonşu və strateji tərəfdaşı olan ölkənin birinci şəxsinin səfərindən hər zaman müsbət və böyük gözləntilərimiz var və ümid edirik ki, bu səfər də çox məhsuldar olacaq Bu sözləri AZƏRTAC-a müsahibə
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə dövlət səfəri çox mühüm əhəmiyyət kəsb edir. Gürcüstanın qonşu və strateji tərəfdaşı olan ölkənin birinci şəxsinin səfərindən hər zaman müsbət və böyük gözləntilərimiz var və ümid edirik ki, bu səfər də çox məhsuldar olacaq Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin sabiq müavini, iqtisadçı ekspert Nika Alavidze söyləyib Onun sözlərinə görə, Azərbaycan Prezidentinin regiondakı rolu əvəzsizdir və çox vacibdir: “Prezident İlham Əliyevin praqmatik, uzunmüddətli və kifayət qədər məhsuldar idarəetmə üslubu, eləcə də liderlik bacarıqları xüsusi diqqət çəkir. Onun yüksəksəviyyəli diplomatik bacarığı yalnız tərif və heyranlıq doğurur” N.Alavidze deyir ki, Azərbaycan Prezidentinin səfəri, xüsusilə də ABŞ-nin Vitse-prezidentinin səfərindən sonra baş tutduğu üçün daha da əhəmiyyətlidir. Regionda və qonşuluğumuzda baş verən hadisələri nəzərə alsaq, bu səfərin önəmi ikiqat artır. Bu baxımdan, daha böyük qlobal sabitlik, sülh və əlavə işgüzar əlaqələrin dərinləşməsi gözlənilir “Eyni zamanda, Bakı–Tbilisi–Qars layihəsi və TRIPP çərçivəsində həyata keçirilən təşəbbüslər kontekstində də bu səfər mühüm əhəmiyyət daşıyır. İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində əldə olunan mühüm irəliləyişləri müşahidə edirik. Bu irəliləyişlərin birbaşa benefisiarı isə Orta Dəhlizdir. İstər TRIPP layihəsi, istərsə də Bakı–Tbilisi–Qars xətti bu dəhlizin ötürmə qabiliyyətinin artırılmasına xidmət edir. Bu istiqamətdə Prezident İlham Əliyevin böyük rolu var və mən ümid edirəm ki, onun səfərindən sonra bu proses daha da sürətlənəcək”, - deyə ekspert vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


