Tenqri
Ana Səhifə
Dünya

NİİM: Sükan arxasında telefon istifadəsi qəzaların sayını artırır

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib Bildirilib ki, paytaxt yollarında maddi zərərlə nəticələnən yol qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Daha çox da sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri

0 baxışreport.az
NİİM: Sükan arxasında telefon istifadəsi qəzaların sayını artırır
Paylaş:

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib Bildirilib ki, paytaxt yollarında maddi zərərlə nəticələnən yol qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Daha çox da sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri müşahidə olunur "Hərəkət zamanı diqqəti yoldan olmayan sürücünün svetoforun qırmızı işığında avtomobil dayandıqda, qarşıda nəqliyyat sıxlığı yarandıqda, texniki nasaz avtomobil yolda qaldıqda qəzadan yayınmaq şansı olmur. Yəni bu cür hallarda diqqətsiz sürücü sürəti vaxtında azalda bilmədiyindən qəza baş verir. Ölüm və ya xəsarətlə, ən yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalardan yol hərəkətinin digər iştirakçıları da əziyyət çəkməli olurlar" DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yollarda diqqətli olmalarını, bu məsələyə məsuliyyətlə yanaşmalarını xahiş edir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler