Nigeriyalı rəsmi: Halal iqtisadiyyat inkişaf etməkdə olan ölkələr üçün böyük transformasiya imkanı yaradır
Halal iqtisadiyyatı artıq yalnız bazar deyil, beynəlxalq ticarətin, investisiyaların, sənaye inkişafının, ərzaq təhlükəsizliyinin və maliyyə inklüzivliyinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilib APA xəbər verir ki, bunu Nigeriyanın prezident ofisinin təmsilçisi İbrahim Həsən Nadeja Bakıd

Halal iqtisadiyyatı artıq yalnız bazar deyil, beynəlxalq ticarətin, investisiyaların, sənaye inkişafının, ərzaq təhlükəsizliyinin və maliyyə inklüzivliyinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilib APA xəbər verir ki, bunu Nigeriyanın prezident ofisinin təmsilçisi İbrahim Həsən Nadeja Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il İllik Toplantısı çərçivəsində təşkil olunan “Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyatı” adlı Nazirlər Sessiyasında deyib O bildirib ki, hazırda qlobal halal iqtisadiyyatının dəyəri 7 trilyon ABŞ dollarını ötür və bu ekosistem ərzaq və içkilər, kənd təsərrüfatı, heyvandarlıq, logistika, turizm, səhiyyə, istehsal və İslam maliyyəsi kimi çoxsaylı sahələri əhatə edir. “Bu gün halal iqtisadiyyatı qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən seqmentlərindən biridir və xüsusilə inkişaf etməkdə olan ölkələr üçün iqtisadi transformasiya baxımından böyük imkanlar yaradır”, – o bildirib İbrahim Həsən Nadeja vurğulayıb ki, Nigeriya halal iqtisadiyyatını dini və ya mədəni təşəbbüsdən daha çox iqtisadi inkişaf fürsəti kimi qiymətləndirir. “Nigeriya üçün halal iqtisadiyyatı sadəcə dini və ya mədəni konsepsiya deyil. Bu, ilk növbədə iqtisadi fürsətdir. 230 milyondan çox əhalisi olan, Afrikanın ən böyük iqtisadiyyatlarından biri kimi ölkəmiz halal iqtisadiyyatının liderlərindən birinə çevrilmək üçün bütün əsas resurslara malikdir”, – nigeriyali rəsmi qeyd edib Onun sözlərinə görə, Nigeriyanın zəngin kənd təsərrüfatı potensialı, böyük heyvandarlıq ehtiyatları, inkişaf edən İslam maliyyəsi sektoru və geniş sahibkarlıq mühiti bu istiqamətdə mühüm üstünlüklər yaradır O bildirib ki, ölkə rəhbərliyi halal sənayesinin inkişafını milli iqtisadi strategiyanın vacib elementi hesab edir. “Halal iqtisadiyyatı iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması, investisiyaların cəlb olunması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən islahatlarla tam uyğunluq təşkil edir”, – o vurğulayıb İbrahim Həsən Nadeja qeyd edib ki, Nigeriya bu yaxınlarda kənd təsərrüfatı, qida emalı, logistika, turizm və maliyyə sektorlarında yeni imkanlar yaratmağa yönəlmiş Milli Halal İqtisadiyyatı Strategiyasını qəbul edib. “Biz halal iqtisadiyyatının potensialını tam reallaşdırmaq üçün kompleks strategiya hazırlamışıq və onun icrasını əlaqələndirmək məqsədilə xüsusi milli komitə yaratmışıq. Məqsədimiz halal ekosisteminin bütün iştirakçılarını vahid platformada birləşdirməkdir”, – o bildirib. Nigeriyali rəsmi regional inteqrasiyanın inkişafı üçün üç əsas prioritetin vacibliyini də vurğulayıb “Birincisi, sərhədlərarası halal ticarətini asanlaşdırmaq üçün standartların uyğunlaşdırılması və qarşılıqlı tanınma mexanizmlərinin gücləndirilməsi vacibdir. İkincisi, halal infrastrukturuna, logistika mərkəzlərinə, sənaye parklarına və kiçik bizneslərin inkişafına daha çox investisiya yönəldilməlidir. Üçüncüsü isə innovasiya, rəqəmsal texnologiyalar və izlənmə sistemləri vasitəsilə şəffaflıq və istehlakçı etimadı artırılmalıdır”, – o qeyd edib O əlavə edib ki, Nigeriya halal iqtisadiyyatının inkişafı istiqamətində İslam İnkişaf Bankı, Səudiyyə Ərəbistanının Halal Məhsulların İnkişafı Şirkəti, Malayziyanın Halal İnkişaf Korporasiyası və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə hazırdır. “Nigeriya üzv ölkələr, inkişaf maliyyə institutları, investorlar və sənaye nümayəndələri ilə birlikdə qlobal rəqabətqabiliyyətli halal iqtisadiyyatının qurulmasına töhfə verməyə hazırdır. Biz bu ortaq baxışın həyata keçirilməsinə sadiqik”, – İbrahim Həsən Nadeja əlavə edib


