Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında vəba xəstəliyindən ölənlərin sayı 74 nəfərə çatıb AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə “Sərhədsiz Həkimlər” təşkilatı məlumat yayıb. Bildirilib ki, may ayından bəri qeydə alınan yoluxma hallarının sayı 7 min 850-yə yüksəlib. Xəstə

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında vəba xəstəliyindən ölənlərin sayı 74 nəfərə çatıb AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə “Sərhədsiz Həkimlər” təşkilatı məlumat yayıb. Bildirilib ki, may ayından bəri qeydə alınan yoluxma hallarının sayı 7 min 850-yə yüksəlib. Xəstəlik ştatın 36 rayonuna yayılıb və yoluxmaların yarıdan çoxu ştatın paytaxtı Mayduquri şəhərində qeydə alınıb Məlumata görə, Nigeriya hökuməti və beynəlxalq tərəfdaşlar xəstəliyin yayılmasının qarşısını almaq üçün su, sanitariya və gigiyena sistemlərinin gücləndirilməsi, həmçinin müalicə mərkəzlərinin hazırlığı istiqamətində tədbirlər həyata keçirirlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Rahatlıq bir qiymətə gəlir. Nə üçün Əkçəbərdə yeni xidmətlərlə yanaşı dövlət xidmətlərinin tarifləri də artıb?

İsti və yüngül yağış - sinoptiklər çərşənbə axşamı Qaqauziyada hava haqqında
