Nigeriyada imtahan zamanı məktəbə basqın - 3 nəfər həlak olub
Nigeriyanın Kogi əyalətinin İluke Bunu bölgəsindəki bir məktəbə basqın edilib 525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kogi əyalətinin İnformasiya və Kommunikasiya üzrə komissarı Kingsley Femi Fanvo bildirib O qeyd edib ki, hərbi forma geyinmiş silahlılar imtahan zamanı məktəbə basq

Nigeriyanın Kogi əyalətinin İluke Bunu bölgəsindəki bir məktəbə basqın edilib 525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kogi əyalətinin İnformasiya və Kommunikasiya üzrə komissarı Kingsley Femi Fanvo bildirib O qeyd edib ki, hərbi forma geyinmiş silahlılar imtahan zamanı məktəbə basqın təşkil ediblər. Kütləvi adam oğurluğuna cəhd edən şəxslərin qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb İnsident zamanı 6 yaşlı uşaq və məktəb direktoru da daxil olmaqla 3 nəfər həyatını itirib Qeyd edək ki, son zamanlar Nigeriyada məktəblərə hücumlarda artım müşahidə olunur. Son olaraq, 15 mayda Oyo əyalətinin Oriire bölgəsində 3 məktəbə edilən hücumlarda silahlı şəxslər tərəfindən 40 şagird və 7 müəllim qaçırılıb


