Tenqri
Ana Səhifə
Dünya

Nigar İsmayılzadə: Əmək yarmarkasında 400-dən çox tələbə və məzun iştirak edir

Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə əmək yarmarkası təşkil edilib. Bu əmək yarmarkası daha çox peşə təhsil müəsisələrinin tələbə və məzunlarına yönəlib. Əmək yarmarkasında 400

0 baxışazertag.az
Nigar İsmayılzadə: Əmək yarmarkasında 400-dən çox tələbə və məzun iştirak edir
Paylaş:

Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə əmək yarmarkası təşkil edilib. Bu əmək yarmarkası daha çox peşə təhsil müəsisələrinin tələbə və məzunlarına yönəlib. Əmək yarmarkasında 400-dən çox tələbə və məzun iştirak edir AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunukasiya şöbəsinin müdürü Nigar İsmayılzadə deyib. O bildirib ki, əsas məqsəd tələbələrin əmək bazarına inteqrasiyasını təmin etməkdir: “Biz çalışırıq ki, belə tədbirləri davamlı olaraq keçirək, tələbələrimizin məşğulluğunu, məzunlarımızın öz ixtisasları üzrə əmək bazarına inteqrasiyasını təmin edək. Burada 10 peşə təhsili mərkəzinin müxtəlif ixtisaslar üzrə tələbələri və məzunları iştirak edir. Hər bir yarmarkanın nəticəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən analiz edilir, bununla bağlı müvafiq təhlillər aparılır” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler